ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Layihə haqqında Şri-Lankanın Rusiyadakı səfiri Şobini Qunasekera "TASS" xəbər agentliyinə müsahibəsində məlumat verib. O diqqətə çatdırıb ki, ölkəsində meydana gələn təbii fəlakətlər və iqlim dəyişikliyi amili fonunda təmiz enerjiyə keçid məqbul variant sayılıb.
(Şri-Lankanın Rusiyadakı səfiri Şobini Qunasekera) Xanım səfirin sözlərinə görə, layihə ilə əlaqədar müzakirələr Şri-Lankanın energetika naziri Kumar Cayakodinin cari ilin oktyabr ayında Rusiyada keçirilmiş "Energetika Həftəsi"ndə iştirakı çərçivəsində başlayıb: "Bu sahədə Moskva ilə əməkdaşlığa maraqlıdyıq. Sözügedən terminalın qurulmasına dair artıq Rusiya tərəfinə öz təkliflərimizi də vermişik. Beləliklə, proses irəliləyir. Konkret nəticə haqqında danışmaq hələ tezdir. Eyni zamanda, Rusiya neftinin Şri-Lankaya birbaşa mümkün idxalı istiqamətində də danışıqlar aparılır". Məlumat üçün bildirək ki, hazırda Şri-Lanka Rusiyadan Hindistan və Yaxın Şərq vasitəsilə neft alır. Birbaşa idxal məsələsi 2023-cü ildən bəri qiymətləndirilir. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.