BAKI, 15 dekabr. TELEQRAF
“Hadisə bu gün səhər saatlarında baş verib. Tələbə mənfi 1-dən mənfi 2-yə yıxılıb. 2 mərtəbənin arasında "üzərinə çıxmaq olmaz" yazısı olan yüngül panel lövhələr yerləşdirilib”.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Universitetindən məlumat verilib.
Bildirilib ki, tələbə həmin konstruksiyanın üzərinə çıxıb və ehtiyatsızlıqdan aşağı yıxılıb:
“Universitet tərəfindən tələbəyə ilkin tibbi yardım göstərilib, təcili yardım çağrılıb və xəstəxanaya aparılıb. Valideynlərinə məlumat verilib. Müayinə olunub, vəziyyəti yaxşıdır, evə buraxılıb”.