AZ

Rüşvət verib “sertifikatlar” alan plastik cərrahlar – ADLAR

Xəbər verdiyimiz kimi, rüşvət müqabilində plastik cərrahiyəyə icazə verilməsi işi üzrə məhkəmə istintaqına start verilib.

Qanunsuz tibbi fəaliyyətə şərait yaratmaqda ittiham olunan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin keçmiş müdiri Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova cinayət məsuliyyətinə cəlb ediliblər.

İstintaq sənədlərinə əsasən, Səidə Rüstəmovanın rüşvət aldığı şəxslərin siyahısı müəyyən edilib. Siyahıda ümumilikdə 18 həkimin adı yer alır.

Milli.Az xəbər verir ki, həmin həkimlərdən 3-ü plastik cərrah kimi fəaliyyət göstərmək üçün rüşvət verməkdə ittiham olunur:


Fotoda: Seymur Məmmədov

Seymur Məmmədov - İxtisasca ümumi cərrahdır. Qanunsuz olaraq 25 min manat rüşvət verməklə plastik cərrahiyyə üzrə sertifikasiyadan keçib.

Rəfiqə Kərimli - Rezidentura üzrə təhsili olmadığı halda plastik cərrahiyyə ilə məşğul olub. Bu fəaliyyət üçün 35 min manat rüşvət verərək sertifikat alıb.

Xəyal Cəfərov- İxtisasca ümumi cərrahdır. Amma rezidentura təhsili olmadığı halda plastik cərrah fəaliyyəti ilə məşğul olub. Bunun müqabilində 32 min manat rüşvət verib.

Mina Mikayılova
Milli.Az

Seçilən
75
8
milli.az

9Mənbələr