AZ

İcra başçısının oğluna general rütbəsi VERİLDİ

Ajans.az xəbər verir ki, bu, dövlət başçısının imzaladığı Sərəncamda qeyd olunub. Sərəncama əsasən, Fövqalədə Hallar Nazirliyinin qulluqçusu, polkovnik Seymur Taleh oğlu Qaraşov “general-mayor” ali həri rütbəsi alıb.

Qeyd edək ki, Taleh Qaraşov 30 ilə yaxındır (1996-cı ildən ta bu günə kimi) icra başçısı vəzifəsində çalışır. O, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 2012-ci ildən indiyə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Seçilən
18
1
Ajans.az

2Mənbələr