Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində baş verib.
2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb. Nəticədə H.Baxşəliyevin başı daşa dəyib və o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.