AZ

Yeni icra başçısı müavinini işdən çıxardı

Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyev işdən çıxarılıb. O, 2021-ci il yanvar ayından bu vəzifəsdə çalışırdı.

Hələlik R.Quliyevin yerinə təyinat olmayıb.

Qeyd edək ki, Quliyev Ramiz Səmərxan oğlu 19.01.1966-cı ildə Bakı şəhərində anadan olub.

1974-1984-cü illərdə Bakı şəhəri, Nərimanov rayonu 82 nömrəli orta-ümumtəhsil məktəbində təhsil alıb. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna  daxil olmuş, 1984-1985-ci illərdə hərbi xidmətdə olub.

1986-də Bakı Elektrik Hesablayıcı zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1986-1989-cu illərdə Bakı İnşaat Texnikumunda təhsil alıb.

1988-1991-ci illərdə Təmir Tikinti İdarəsində tikinti ustası vəzifəsində çalışıb.

1991-1993-cü illərdə Nizami rayon Tikinti-təmir idarəsində iş icraçısı, rəis, baş mühəndis vəzifələrini tutub.

1993-1995-ci illərdə “Xəzri” Tikinti Firmasında direktor müavini, 1995-ci illərdə Təsərrüfat Hesablı Bərpa Təmir-Tikinti idarəsində rəis vəzifəsində, 1995-1997-ci illərdə Əhaliyə xidmət fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 2 nömrəli trestində müdir vəzifəsində, 1997-1999-cu illərdə “Teomontaj” Dövlət Kiçik Müəssisəsində direktor müavini vəzifəsində çalışıb.

1998-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş, 2003-cü ildə həmin universitetin Mühəndis sistemlərinin və qurğularının tikintisi ixtisası üzrə bitirib.

1999-cu illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Nəsimi rayon filialında rəis vəzifəsində, 1999-2001-ci illərdə 3 nömrəli Təsərrüfatlararası istehsalat Təmir-Tikinti Trestində rəis vəzifəsində, 2001-2020-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

2020-2021-ci illərdə Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri olub.

Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli, 171 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

Xatırladaq ki, Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
70
2
yenisabah.az

3Mənbələr