AZ

Xabi Alonso : “Real Madrid” ikinci hissədə xarakter nümayiş etdirdi”

Vətəninfo.az xəbər verir ki, İspaniya vitse-çempionu “Real Madrid”in baş məşqçisi Xabi Alonso İspaniya çempionatının 16-cı turunda “Alaves” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

“Oyun gərgin keçdi. Yaxşı başladıq, amma topu tez itirdik. Komandam ikinci hissədə xarakter göstərdi. Vinisiusla bağlı epizoda gəldikdə isə, bu, açıq-aydın penalti idi. VAR sistemi tərəfindən nəzərdən keçirilməməsi təəccüblü idi. Amma əslində mən buna təəccüblənmirəm. İrəliləməliyik”, – deyə baş məşqçi “Marca” qəzetinə bildirib.

İspaniya çempionatının turnir cədvəlində “Real Madrid” 39 xalla ikinci yerdə qalır və lider “Barselona”dan 4 xal geridədir.

Xatırladaq ki, İspaniya mətbuatında Alonsonun mümkün qovulması ilə bağlı şayiələr gəzirdi və “Alaves”ə məğlub olacağı təqdirdə ispan mütəxəssisin qovulacağı bildirilirdi.

Seçilən
90
veteninfo.az

1Mənbələr