AZ

“Karvan-Yevlax”dan heç-heçə, “Neftçi” “Sumqayıt”ı qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

Əvvəlcə “İmişli” Karvan-Yevlax”ı qəbul edib. Qubada keçirilən görüş 1:1 hesabı ilə bitib. Komandaların ilk dövrədəki oyununda “İmişli” 3:0 hesablı qələbə qazanıb.

Günün və turun son matçında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Oyun saat 19:00-da start götürəcək. Bu komandaların ilk dövrədəki oyununda “Neftçi” üstün olub – 2:0. Bugünkü görüş “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub üçün “ağ-qaralar”da debüt matçı olacaq.

15 dekabr (bazar ertəsi) 

14:00. “İmişli” – “Karvan-Yevlax” – 1:1

Qollar: Dioqo Almeyda, 29 (1:0), Vadim Abdullayev, 39 (1:1)
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Quba OİK stadionu

19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
“Palms Sports Arena”

Seçilən
21
8
idmanxeber.az

10Mənbələr