AZ

Füzuli Məmmədov: "Matçın ədalətli nəticəsi bərabərlik idi"

"Karvan-Yevlax" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib:

"Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq".

“Sumqayıt”ın legioneri Afrika Millətlər Kubokunda

Bölgə klubu çempionat oyununa çıxmayacaq

Günün oyunları bu kanallarda

Vernidubun ilk sınağı: "Neftçi" "Sumqayıt"a qarşı- YENİLƏNİR

Qurban Qurbanov: "Daim qələbələr olsa, nə marağı olacaq?"

Seçilən
55
7
apasport.az

8Mənbələr