AZ

AzTV-dən narazılara cavab gəldi: “Gələn il...”

“Bizim heç bir sənət adamı ilə problemimiz yoxdur. Əksinə, qarşılıqlı formada bir-birimizə dəstək veririk”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a AzTV-nin mətbuat xidmətinin rəhbəri Rüfət Seyidov deyib.

Onun sözlərinə görə, Dövlət Televiziyasında Yeni il çəkilişlərinə dəvət olunmayan ifaçılara 2026-cı ildə Novruz bayramı çəkilişləri üçün müraciət olunacaq:

“Bu konsertə gəlincə, onu deyə bilərik ki, yeni ildə möhtəşəm kontentlə tamaşaçıları sevindirəcəyik. Növbəti - Novruz bayramı konsertinin hazırlığı zamanı da digər sənət adamlarına müraciət etməyi düşünürük”.

Xatırladaq ki, bir neçə gün öncə prodüser Pərviz Hüseynli sosial media hesabında paylaşım edərək bildirmişdi ki, AzTV-nin baş prodüseri Nazilə Babayeva ondan xoşu gəlmədiyi üçün Nigar Camalı televiziyanın Yeni İl şənliklərinə dəvət etmir. Eyni zamanda, Nura Suri, Delya və Firuzə İbadova da ona dəstək verərək çəkilişə dəvət almadıqlarını bildiriblər.

"Cebheinfo.az"

Seçilən
9
2
cebheinfo.az

3Mənbələr