NOCOMMENT.az xəbər verir ki, müğənni “Öz aramızda” verilişində qonaq olarkən ad çəkməsə də, sözlərinin Xalq artisti olan kişi həmkarına ünvanlandığı aydın olub.
O, efirdə bu cür halların yolverilməz olduğunu bildirib.
Əməkdar artistin sözlərinə görə, tamaşaçı kimi bəzən efirdə sərxoş vəziyyətdə oturub danışan sənət adamlarını görmək olur:
“Ağızlarının quruluşu pozulur, sözləri düzgün deyə bilmirlər. Xalq artistidir. Aparıcı görür ki, qonaq sərxoşdur, efirə buraxmamalıdır. Açıq şəkildə elan etsin ki, sərxoş gəldiyi üçün efirə çıxarılmadı. Mən gördüyümə adım qədər əminəm ki, belə hallar olur”.
Vasif Məhərrəmli qeyd edib ki, sənət adamları efirin və tamaşaçının məsuliyyətini dərk etməlidirlər:
“Sən bilməlisən ki, müqəddəs bir məkana gəlirsən, milyonların qarşısına çıxırsan. Buna görə də davranışına diqqət etməlisən”.(milli.az)