AZ

Bakıdan Naxçıvana uzanan dəhliz Türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək - Ərdoğan

Bakı. Trend:

Bakıdan Naxçıvana uzanan dəhliz Türk dövlətləri arasında ticarətaxınını sürətləndirəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğan AK Partiyasının Türk Dünyasına BaxışProqramının təqdimatında çıxış edib.

Türkiyə lideri bildirib ki, 34 illik dövr ərzində türkdövlətləri olaraq bir çox sahələrdə keçmişlə müqayisə beləedilməyəcək dərəcədə möhkəm əlaqələr formalaşdırılıb. Türkxalqlarının bilik və təcrübəsini eyni üfüqdə birləşdirən bu sənəd(AK Parti Türk Dünyası Vizyon Belgesi Tanıtım Programı) qarşıdakıyüz ilin inşasında mühüm strateji sənəd mahiyyəti daşıyır. Sənəd 6ləhcədə və ortaq əlifba ilə hazırlanıb.

Onun sözlərinə görə, bu, Türk dünyasında birlik və həmrəyliyinmöhkəmləndirilməsinə dair iradənin əsas göstəricisidir. Sənədhazırlanarkən beynəlxalq razılaşmalar, əməkdaşlıqlar və qlobalinkişaf nəzərə alınıb.

“Nəqliyyat və logistika strategiyaları da bu vizyonun mühümhəlqələrindəndir. Bakıdan Naxçıvana uzanan dəhliz türk dövlətləriarasında ticarət axınını sürətləndirəcək.

Dil, tarix, ədəbiyyat və incəsənət sahələrində çoxpilləlifəaliyyətlər mədəni bağların möhkəmləndirilməsinə töhfə verəcək.Sənədin təhlükəsizlik perspektivi isə regional sülhünmöhkəmləndirilməsinə yönəlmiş ətraflı fəaliyyət planını əhatəedir”,-deyə Ərdoğan bildirib.

Məqalədə:
Seçilən
43
2
az.trend.az

3Mənbələr