AZ

"General-leytenant" rütbəsi alan Adil Abdullayev kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

 

Ali rütbə alanlardan biri də general-mayor Adil Abdullayevdir. Sərəncamla o, "general-leytenant" ali hərbi rütbəsi ilə təltif edilib.

 

Onun dosyesini təqdim edirik:

 

Adil Abdullayev 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

 

O, 2024-cü ilin fevralında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərova müavin təyin edilib.

 

A.Abdullayev nazir müavini olana qədər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

 

FHN-dən öncə isə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

 

Oxu.az

Tarix: 15 Dekabr 2025, 16:45   
Seçilən
59
5
pravda.az

6Mənbələr