ain.az bildirir, Gununsesi portalına istinadən.
Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib.
Gununsesi.info xəbər verir ki, həmin şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur.
Ona “general-mayor” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, S.Qaraşov FHN-in Daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.