Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Bavariya" Noyeri itirdi
"Bavariya"nın qapıçısı Manuel Noyer zədələnib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqanın 14-cü turunda "Maynts"la oyundan (2:2) zədələnən 39 yaşlı qapıçıya sağ bud əzələsinin cırılması diaqnozu qoyulub. Onun bərpa müddəti ilə bağlı açıqlama verilməsə də, Almaniya mətbuatının yaydığı xəbərlərə görə, qolkiper ən azı növbəti matçı buraxacaq.
Qeyd edək ki, Manuel Noyer bu mövsüm "Bavariya"nın heyətində 25 rəsmi matçda iştirak edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.