Kanal D-nin "Yaprak Dökümü" serialında "Oğuz" rolu ilə tanınan və hazırda ABŞ-də yaşayan keçmiş aktyor Tolqa Karel sosial mediada aktyor Kenan İmirzalıoğlu ilə bağlı paylaşımı ilə diqqət çəkib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karelin sözlərinə görə İmirzalıoğlu 2028-ci il seçkilərində AKP-nin namizədi olacaq.
İmirzalıoğlu ilə sinif yoldaşı olduğunu bildirən Karel qeyd edib ki, Kənanın bunun üçün yetərli savadı və bacarığı var:
"Kenanı 1997-ci ildən bəri tanıyıram. O, məktəb yoldaşımdır. Siz onu aktyor kimi tanıyırsınız, amma o bu yolu seçməsəydi çox uğurlu akademik karyerası ola bilərdi. Hətta siyasətə atılmağa da gecikib. Əvvəlcədən təbrik edirəm".
Kenan İmirzalıoğlu hələlik bu iddialara münasibət bildirməyib.
