AZ

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb

Bakı. Trend:

Azərbaycanda pambıq tarlalarında məhsul yığımı tam yekunlaşmaqüzrədir. Dekabrın 15-dək ölkə üzrə əkin aparılmış 100 468,1 hektarsahədən kondisiya çəkidə 355 663 ton xam pambıq tədarük olunub.Operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35,40sentner/ha təşkil edir.

Trend bu barədəKənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisiolan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasındabağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyəəsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid vəherbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexnikiqulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnikatəchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerəzəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərcləriniqarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsuluyetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvilvermək öhdəliyinə malikdir. “Contract farming” formatındamüqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışıproblemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdirtətbiq olunur və özünü uğurla doğruldur.

2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıqəkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrəixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar,İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Burayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektarayaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqanrayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,26sentner/ha təşkil edir. Dekabrın 11-dək rayon üzrə əkin aparılmış 8898,3 ha sahədən 36 712,2 ton məhsul yığılaraq tədarükməntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala(39,69 sentner/ha), Biləsuvar (39,49 sentner/ha), Tərtər (37,51sentner/ha), Bərdə (36,15 sentner/ha) və Saatlı (35,89 sentner/ha)rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıqgöstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfatilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdəyetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvilverən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiyaalacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarükməntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isəfermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığıntəhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatıİnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıqistehsalına görə məhsul subsidiyasının artırılması barədə qərarqəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilətəmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonunagörə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkinsahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manatsubsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan,Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı,Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habeləCəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucarrayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcəkpambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Respublikada pambıq yığımı davam edir.

Seçilən
23
36
az.trend.az

10Mənbələr