AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib (FOTO)

Bakı. Trend:

14-15 dekabr 2025-ci il tarixlərində Səudiyyə ƏrəbistanınınƏr-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC)11-ci Qlobal Forumu müxtəlif sivilizasiyalar arasında qarşılıqlıanlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuşyüksək səviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri vəekspertləri bir araya gətirib.

Forumun builki mövzusu “UNAOC: Two Decades of Dialogue forHumanity- Advancing a New Era of Mutual Respect and Understandingin a Multipolar World” olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Foruma geniş tərkibdəqatılıb:

• Dr.İsmayıl Seragəldin, Mərkəzin həmsədri, Dünya Bankınn sabiqvitse prezidenti
• Boris Tadiç, Serbiyanın sabiq Prezidenti
• Serjan Kerim, BMT Baş Assambleyasının 62-ci sessiyasınınPrezidenti
• Miroslav Layçak, BMT Baş Assambleyasının 72-ci sessiyasınınPrezidenti
• Maria Fernanda Espinosa, BMT Baş Assambleyasının 73-cüsessiyasının Prezidenti
• Volkan Bozkır, BMT Baş Assambleyasının 75-ci sessiyasınınPrezidenti
• Kolinda Qrabar-Kitaroviç, Xorvatiyanın sabiq Prezidenti
• Mladen İvaniç, Bosniya və Herseqovinanın sabiq Prezidenti
• Dimitris Avromopoulos, sabiq Avropa Komissarı (Miqrasiya, Daxiliİşlər və Vətəndaşlıq üzrə)
• Benita Ferrero-Valdner, Avstriyanın sabiq Xarici İşlər Naziri,sabiq Avropa Komissarı
• Əmr Musa, Ərəb Liqasının sabiq Baş Katibi
• Corc Papandreu, Yunanıstanın sabiq Baş Naziri
• Aminata Ture, Seneqalın sabiq Baş Naziri

Forum boyunca Mərkəzin üzvləri müxtəlif sessiyalarda çıxışedərək, birgəyaşayış, dinlərarası və mədəniyyətlərarası dialoqvasitəsilə sülhün təşviqi, terrorizm, şəhərsalmanın inkişafı,rəqəmsal dövrdə dezinformasiyanın yaratdığı çağırışlar, süniintellektin təsiri, eləcə də çoxtərəfli dünyanın tələblərinə cavabverən liderlik modelləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Mərkəzin Baş katibi yüksək səviyyəligörüşlər də keçirib. O, “UNCTAD”-ın Baş katibi Rebeka Qrinspan,Türkiyənin sabiq Baş naziri və Mərkəzin üzvü Binali Yıldırım,həmçinin BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel AngelMoratinos ilə görüşərək 2026-cı ildə keçiriləcək XIII Qlobal BakıForumuna hazırlıq haqqında müzakirələr aparıb.

Bununla yanaşı, Mərkəzin nümayəndələri Səudiyyə ƏrəbistanınınKral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədriŞahzadə Turki Al Faysal Al Saud ilə görüşüblər. Görüş zamanı NizamiGəncəvi Beynəlxalq Mərkəzinin 2026-cı ildə keçirəcəyi beynəlxalqtədbirlər, qarşıdakı əməkdaşlıq planları və birgə təşəbbüsləringenişləndirilməsi imkanları müzakirə olunub.

Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Seçilən
103
az.trend.az

1Mənbələr