AZ

Kaşkilya "Karvan-Yevlax"la oyunu şərh etdi

"İmişli" Misli Premyer Liqasının 15-ci turunda evdə "Karvan-Yevlax"la 1:1 hesabılı bərabərliyə razılaşıb.

Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorje Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib:

"Oyunun nəricəsi istədiyimiz kimi olmadı. Doxsan dəqiqə ərzində daha istəkli, oyuma daha hakim olan komanda "İmişli" idi. Baxmayaraq ki, meydan yaxşı olmadığına görə bizə oyun qurmaq çətin idi. Xüsusilə də fasilədən sonra qazon əlverişli deyildi. Bunun belə olacağını təxmin edirdik. İlk hissədə 4-5 təhlükəli an yaratdıq, ancaq cəmi 1 qol vura bildik. Üstəlik, əks-hücumdan qapımızdan top buraxdıq. İkinci hissədə də istəkli idik. Hücum qururduq, qol axtarırdıq. Üç xal itirdik, amma bir xal qazandıq. Futbolçularımı əzmkar mübarizə aparaıqlarına, güclərinin 100 faizini meydanda qoyduqlarına görə təbrik edirəm. Göstərdilər ki, "İmişli" heç vaxt əlini yanına salmır, asan təslim olmur".

Seçilən
135
1
fanat.az

1Mənbələr