AZ

Ağdamda velosipeddən yıxılan doqquz yaşlı uşaq ölüb

Ağdam rayonunda velosiped sürərkən yıxılan 9 yaşlı uşaq aldığı xəsarətlərdən ölüb.

Moderator.az "Report"a istinadla xəbər verir ki, rayonun Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedin idarəetməsini itirərək yıxılıb.

Başı daşa dəyən H.Baxşəliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
31
1
moderator.az

3Mənbələr