AZ

® Həkimlərimizi tanıyın

Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisi, cərrah Elməddin Əliyev şəfalı əlləri ilə minlərlə xəstəni sağlamlığına qovuşdurub.

Ürək-damar cərrahını təqdim edirik.

Elməddin Əliyev Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsində aorta cərrahiyyəsini, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsini, aorta koronar şuntlama əməliyyatını, intaortik balon pompasının tətbiqini və ürək-damar xəstəliklərinin cərrahiyyəsini uğurla həyata keçirir.

O, 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, təhsilini Türkiyənin Ege Universitetinin Ürək-damar cərrahiyyəsi fakültəsində davam etdirib. Eyni zamanda, 2011-ci ildə Amerika Birləşmiş Ştatalrının Texas A&M Universitetində ürək cərrahiyyəi ilə əlaqədar proqramda iştirak edib, 2012-ci ildə SCOTT & WHITE hospitalında kardiotorakal cərrahiyyə kursu keçib. Əmək fəaliyyətinə 2013-cü ildə Türkiyədə Ege Universitetinin Ürək-damar cərrahiyyəsi kafedrasında cərrah kimi başlayıb. O, 2014-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisidir.

Ürək cərrahl Elməddin Əliyev daim öz üzərində çalışan, dünya tibbi elmində baş verən yenilikləri izləyən və təcrübəsində ondan istifadə edən həkimdir. O, 2012-ci ildə Türkiyədə keçirilən Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XII beynəlxalq konqresində, 2013-cü ildə Türkiyədə həmin dərnəyin ekstrakorporal qan dövranı dəstəyi mövzusunda ixtisasartırma kursunda iştirak edib. Ölkəmizdə və xaricdə keçirilən beynəlxalq elmi tədbirlərin iştirakçısıdır. O, Azərbaycan Kardiologiya Cəmiyyətinin və Türk Ürək-Damar Cəmiyyətinin üzvüdür. Həkim barədə daha ətraflı məlumatı linkdən əldə etmək mümkündür.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Seçilən
47
2
azertag.az

3Mənbələr