AZ

Paytaxtın Binəqədi rayonunda yanğın təhlükəli sexlərin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən Ülvi Çingiz oğlu Məmmədova və İlkin Əlipənah oğlu Əlişzadəyə məxsus avtomobil təmiri sexlərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektlərdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığı, mövcud olan qurğunun nasaz olduğu, obyektlərin elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, elektrik təsərrüfatına profilaktik baxışın keçirilmədiyi və müvafiq aktın tərtib edilmədiyi aşkarlanıb. Həmçinin obyektlərin odsöndürən balonlarla tam təmin olunmadığı və mövcud odsöndürən balonlara texniki qulluğun göstərilmədiyi, obyektlərdə tezalışan sürtkü yağlarının saxlanıldığı və istifadəsinin həyata keçirildiyi, layihə dəyişiklikləri ilə əlaqədar sənədlərin təqdim edilmədiyi və ⁠sahibkarın fəaliyyətini tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində təşkil etdiyi müəyyən olunub.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.

Seçilən
43
21
ekologiya.az

10Mənbələr