AZ

Tedeskodan gözlənilməz qərar: “Fənərbağça”da 8 vida

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Mövsüm fasiləsində "Fənərbağça" böyük dəyişikliklərə hazırlaşır.

Milli.Az xəbər verir ki, baş məşqçi Domeniko Tedeskonun rəhbərliyə təqdim etdiyi hesabatdan sonra klubun qış transfer pəncərəsində heyətdə genişmiqyaslı yenilənməyə gedəcəyi bildirilir.

Məlumata görə, "sarı-göylər" çempionluq yarışını gücləndirmək məqsədilə maaş büdcəsində və legioner limitində yer açmağı planlaşdırır. Bu çərçivədə qış fasiləsində İrfan Can Kahveci, Cenk Tosun, Rodrigo Becao, Emre Mor və Bartuğ Elmazla yolların ayrılması gündəmdədir.

Bundan əlavə, İrfan Can Eğribayat üçün xaricdən təkliflərin olduğu, Sebastian Szymanski və Yusif En-Nesyrinin isə gələcək karyeraları ilə bağlı ayrılığa açıq olduqları bildirilir. Rəhbərlik uyğun təkliflər daxil olacağı halda bu futbolçular üçün danışıqlara başlamağa hazırdır.

Sürpriz ayrılıq ehtimalı da var. Mövsümün əvvəlində komandaya qoşulan ingilis sol cinah müdafiəçisi Arçi Braun üçün rəsmi təklif gələrsə, klubun onunla da yolları ayıra biləcəyi qeyd olunur.

Rəhbərliyin planına görə, ayrılıqlardan sonra yaranacaq boşluqlar qış transfer pəncərəsində yüksək səviyyəli, beynəlxalq təcrübəyə malik ulduz futbolçularla doldurulacaq. Məqsəd - mövsümün ikinci yarısına daha balanslı və iddialı heyətlə girməkdir.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
news.milli.az

10Mənbələr