Bakı. Trend:
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (The United NationsOffice for South-South Cooperation (UNOSSC)) 2025-ci ilin aprelindəBakıda 116 ölkədən QHT-lər tərəfindən təsis edilmiş Qlobal CənubQHT Platforması (Global South NGO Platform (GSNP)) barədəməlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytındayerləşdirib.
Trend xəbərverir ki, UNOSSC tərəfindən GSNP son illərin ən inklüziv vətəndaşcəmiyyəti səfərbərliklərindən biri kimi qiymətləndirilib.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin AzərbaycanQHT-lərinin qlobal təşəbbüsünü dəyərləndirərək öz profili üzərindənyayması ilk dəfədir baş verir.
Qeyd edək ki, dünya əhalisinin 80%-nin yaşadığı – LatınAmerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edənQlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənardaqalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsinarahatlıq doğurur. Mövcud dezinteqrasiya prosesləri fonundaqarşılıqlı etimad, fayda, bərabərlik, məsləhətləşmə, mədənimüxtəlifliyə hörmət prinsipləri ilə əməkdaşlıq formatlarınınyaradılması heç vaxt olmayan qədər aktuallıq qazanıb. Yeni dünyadüzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi birdövrdə yaranmış Qlobal Cənub QHT Platforması qlobal təklənməyəqarşı birləşmək zərurətinin aydın təzahürü kimi olduqcaəhəmiyyətlidir.
Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkəindiyədək mövcud olmayıb. İlk dəfə ki, Azərbaycan vətəndaşcəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsiniəhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platformatəsis edib. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yeralması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyənməxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlamentşəbəkələri olsa da, QHT şəbəkəsi yox idi. Qlobal Cənub QHTPlatforması Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa layiqdir. Buplatformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiştarixi “Bandunq prinsipləri”nə tam uyğundur. Bu prinsiplərdövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətlidünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazibütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təminolunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadirifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.
Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməledən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dinifərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası,mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir.
Onu da qeyd edək ki, bu ilin mayında Nyu-Yorkda BMT-ninCənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Officefor South-South Cooperation (UNOSSC) direktoru Dima Al-KhatibBakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayanaçıqlama ilə çıxış etmişdi. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrəOfisinin Qlobal Cənub QHT Platforması ilə sıx əməkdaşlıqda maraqlıolduğunu diqqətə çatdırmışdı.
UNOSSC-un öz rəsmi saytında GSNP barədə yerləşdirdiyi məlumatbir daha nümayiş etdirir ki, bu Platformanın fəaliyyəti qısamüddətdə qlobal diqqət qazanıb.