ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Bu gün Ukrayna və ABŞ nümayəndə heyətləri arasında "sülh planı" üzrə danışıqlar başa çatıb.
Reyting.az bildirir ki, Almaniyanın paytaxtında keçirilmiş danışıqlar barədə məlumatı Ukrayna prezidentinin müşaviri Dmitri Litvin verib.
Danışıqlar 15 dekabr səhəri, yerli vaxtla saat 11:00 radələrində başlayıb. Danışıqlarda Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib.
Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keir Starmer, Hollandiyanın baş naziri Dik Şuf, İtaliyanın baş naziri Corcio Meloni və Finlandiya prezidenti Aleksandr Stubb da həmin gün Berlinə gəLəcəkləri bildirilib.
Bir müddət sonra Stubb Berlinə gələrək, Trampın nümayəndələri ilə qısa görüş keçirib.
Ukrayna Prezident Ofisinin açıqladığı cədvələ əsasən, Zelenskinin bu gün Avropa liderləri ilə geniş görüşü təşkil olunacaq.
Qeyd edək ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Zelenskinin iştirakı ilə ilkin danışıqlar dekabrın 14-də baş tutub.
Zelenskinin ofisi danışıqların beş saatdan çox davam etdiyini bildirib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə danışıqlarda "böyük irəliləyişin" olduğunu bildirib.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.