AZ

Vüqar Əhməd saxlanılması xəbərini təkzib etdi - YENİLƏNİB

Vüqar Əhməd saxlanılması xəbərini təkzib etdi - YENİLƏNİB

Məsələ ilə bağlı Vüqar Əhməd açıqlama verib.

“Heç bir qurum tərəfindən saxlanılmamışam. Bu gün xəstə olmuşam, telefonu aça bilməmişəm. Haqqımda yayılan xəbər cəfəngiyatdır. Mən hazırda evimdəyəm, hüquq-mühafizə orqanları ilə heç bir problemim yoxdur” – deyə o bildirib.

***

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.

Bu haqda Manset.az məlumat yayıb.

Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.

Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.

“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.

Seçilən
119
25
afn.az

10Mənbələr