AZ

Ramiz Mehdiyev hələ susur -Putinin yeni “Beynəlxalq layihələr” fondundan addım gözləyir...(?)


Barəsində Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülən Ramiz Mehdiyevin bütün bunlardan hələ də hansısa ciddi narahatlıq keçirmədiyi müşahidə olunur.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Aparılan istintaq fonunda Ramiz Mehdiyevlə bağlılığı olan. Xəyanətdə ona kömək edənlər bir-bir həbsə atılır. Ramiz Mehdiyevin Əli Kərimli ilə səhnəarxası siyasi koordinasiya cəhdləri fonunda sonuncunun həbsi bunun daha bir təzahürüdür. Bu proseslər fonunda cəmiyyətdə ən çox narahatlıq doğuran məqam siyasi manipulyasiyaların, xüsusilə də xarici təsirlərə açıq davranış modellərinin mövcud olmasıdır. Son illər regionun geosiyasi təlatümləri, böyük güclərin Qafqazda nüfuz savaşı aparması fonunda hər hansı siyasi qüvvənin bu cür təsirlərə uyğun siyasət nümayiş etdirməsi dövlət üçün risk hesab edilir. Bu səbəbdən radikal müxalifət daxilində dövlət maraqları ilə ziddiyyət təşkil edən davranışların mövcudluğu ictimaiyyət tərəfindən dəfələrlə tənqid olunub. Təbii ki, belə vəziyyətdə də Ramiz Mehdiyev və Əli Kərimli arasında əlaqələrin araşdırılması, faktların obyektiv şəkildə qiymətləndirilməsi və dövlət təhlükəsizliyi üçün potensial risklərin aradan qaldırılması dövlətin üzərinə düşən əsas öhdəliklərdəndir. Bu vəzifələr uğurla icra edilsə də Ramiz Mehdiyevin hansısa narahatçılığı gözə dəymir. Hər halda belə bir hal olsaydı, ən azı onun vəzkilləri müvafiq açıqalmalar verərədi. Xatırladaq ki, Ramiz Mehdiyev artıq müxtəlif qurumlardakı vəzifəsini itirir. Hətta Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən çıxarılması məsələsi gündəmdədir. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə deyib ki, Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun akademiyanın həqiqi üzvü olaraq qalmasına imkan vermir: “Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər, barəsindəki ittihamlar onun akademiyanın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə akademiyada baxılacaq və lazımi qərar qəbul ediləcək”. Ramiz Mehdiyev akademiklikdən məhrum edilsə, bu, müstəqillik dövründə AMEA-nın tarixində ikinci belə hadisə olacaq. İlk hadisə 2007-ci ildə, Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü seçiləndən bir neçə gün sonra baş verib. 2007-ci il aprelin 26-da Ramiz Mehdiyev akademiyanın həqiqi üzvü seçilib. Mayın 4-də o vaxt həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov akademiyanın həqiqi üzvlüyündən xaric edilib. Qərar AMEA-nın ümumi yığıncağında gizli səsvermə yolu ilə qəbul olunub.

Bu arada sabiq deputat, təhsil eksperti Etibar Əliyev bildirib ki, Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvü seçilməsi qanun pozuntusu ilə həyata keçirilib: “AMEA-nın əsasnaməsində qeyd olunur ki, akademiklər yalnız akademiyanın müxbir üzvləri arasından seçilir. Ramiz Mehdiyevin isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi vardı. Amma buna baxmayaraq, o, akademiyanın müxbir üzvü olmadan, 2007-ci ildə keçirilən seçkilərdə birbaşa akademik seçilib”. Hər halda proseslərin inkişaf axarı bütün bunlardan Ramiz Mehdiyevin narahatçılıq keçirmədiyini göstərir. Bu isə sözügedən şəxsin hələ də nələrəsə ümid bəslədiyini kimlərəsə arxayın olduğunu göstərir. Onun arxayın olduğu şəxsin və ya şəxslərin isə ölkə sərhədindən kənarda olması da sirr deyil və indiki halda şübhəsiz ki, bu, Rusiyanın müəyyən dairələridir. Bu arada son günlərdə diqqət ona yönəldilir ki, Rusiya prezidenti Vladimir Putin “beynəlxalaq layihələr” fondunun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək. Fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədi ilə” yaradılır. Fond vasitəsilə Moskvanın maraq kəsb etdiyi əcnəbilərin Rusiyaya köçürülməsi dəstəklənəcək. Həmin fərmana görə, təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə Rusiyaya təxliyə ediləcəklər. Sənədə görə, istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Rusiya fərmandakı “istedadlı əcnəbilər” bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentlərini və “5-ci kolon” üzvlərini də təxliyə edəcək. Misal üçün Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdarlarını və şübhə altında olan təsir agentlərini təxliyə etməyə çalışa bilər. Bura Ramiz Mehdiyev də daxil edilə bilər. Amma Rusiya qarşısındakının Azərbaycan olduğunu da nəzərə alır və ölkəmziin AZAL təyayrəsi ilə bağlı Moskvaya verdiyi dərsi Kreml unutmayıb. Bu arada onu da xatırladaq ki, Ramiz Mehdiyevin dövlət çevrilişini həyata keçirmək üçün 50 nəfərlə birlikdə fəaliyyət göstərdiyi haqda məlumatlar mətbuatda mövcuddur. İndiyə qədər aparılmış cinayət işləri üzrə müxtəlif sayda şəxslərin iştirakçılığı müəyyən edilib. Bununla yanaşı, cinayətdə iştirak edən şəxslərin neçə nəfər olmasından asılı olmayaraq, Azərbaycan Respublikasının hazırkı iqtisadi və hərbi postensialı, əhalinin dövlətçiliyə sədaqəti nəzərə alınarsa, bizim ölkəmizdə ümumiyyətlə dövlət çevirlişinin həyata keçirilməsi potensialı reallıqdan çox-çox uzaqdır. Müasir dövrün tələbi isə aydındır: dövlət öz təhlükəsizliyini yalnız reaksiya verən deyil, həm də preventiv siyasətlə təmin etməlidir. Cəmiyyəti parçalamağa, dövlət idarəetməsinə təsir göstərməyə, ideoloji sabitliyi pozmağa çalışan radikal təşəbbüslər vaxtında zərərsizləşdirilməsə, onlar qısa müddətdə genişlənə və xarici dairələrin təsir rıçaqlarına çevrilə bilər. Azərbaycan dövlti bunun qarşısnı almağa qadirdir.

Tahir TAĞIYEV

Seçilən
143
baki-xeber.com

1Mənbələr