AZ

Hindistanda yəhudilərə qarşı terror aktlarına hazırlıq gedir KİV

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hindistan xüsusi xidmət orqanları Hanuka bayramı dövründə yəhudi obyektlərinə qarşı mümkün terror aktları şübhəsi səbəbindən yüksək hazırlıq səviyyəsi elan ediblər. Avtosfer.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Hindistan mənbələrinə istinadən məlumat yayıb. Hindistan kəşfiyyatının məlumatına görə, terror qruplaşmaları Dehli, Banqalor və Mumbayda hücumlar təşkil etmək niyyətindədirlər. "Mənbələr vurğulayır ki, təhdidlər son dərəcə ciddi qiymətləndirilir və bir sıra yerlərdə təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib", - qəzet qeyd edib.

Qeyd edək ki, Sidneydə törədilən terror aktında ölənlərin sayı 16 nəfərə çatıb. Daha 38 nəfər xəstəxanadadır, onlardan 7-sinin vəziyyəti kritik qiymətləndirilir. Avstraliya polisi güman edir ki, terror hücumunun icraçılarından biri İŞİD terror qruplaşması ilə əlaqəlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
avtosfer.az

2Mənbələr