AZ

Ukraynada real sülh üçün fürsət yaranıb Zelenski

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynada real sülh üçün bir fürsət yaranıb.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Donald Trampın sülhə nail olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib:

“ABŞ prezidenti olmasaydı, Berlində aparılan danışıqlar zamanı müşahidə olunan müsbət dinamika da olmazdı”.

Merz müharibə başlayandan bəri ən genişmiqyaslı diplomatik səyləri alqışladığını qeyd edib:

“Biz müharibənin qiymətini də, sülhün qiymətini də bilirik”.

Kansler bu axşam Avropa liderləri ilə şam yeməyi zamanı daha da irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib və ərazi güzəştləri məsələsinin hələ də əsas mövzu olaraq qaldığını qeyd edib.

Onun sözlərinə görə, Rusiyaya məxsus aktivlərin Ukraynaya verilməməsi Avropa Birliyinə uzun illər ərzində zərər vuracaq:

“Əgər biz buna nail ola bilməsək, AB-nin hərəkət etmək qabiliyyəti uzun illər ciddi şəkildə zəifləyəcək”.

Qeyd edək ki, bu gün Berlində ABŞ və Ukrayna arasında danışıqlar keçirilib. Danışıqlar 2 saata yaxın davam edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
110
1
axar.az

2Mənbələr