Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var. Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Qələbə meydanı ərazisində qeydə alınıb. "Opel" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan "Toyota" markalı avtomobilin 1976-cı il təvəllüdlü sərnişini Məlahət Quliyeva xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta