İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzanın sözlərinə görə, İspaniya və Argentinanın iştirak edəcəyi 2026-cı il Finalisima 2026-cı ilin mart ayında keçiriləcək.
İdman.Biz-in məlumatına görə, daha əvvəl Finalisimanın Qətərdə, “Lusail İkonik” Stadionunda keçiriləcəyi bildirilmişdi.
"Finalissima kimi tanınan bu arzu mart ayında gerçəkləşəcək. Biz məsələni UEFA ilə yekunlaşdırmağa yaxınıq və rəsmi təsdiq gözləyirik", - Luza deyib.
Oyunda İspaniya və Argentina iştirak edəcək. İspaniya hazırkı Avropa çempionudur, Argentina isə “Copa America”nın qalibidir.
Argentinanın hücumçusu Lionel Messi daha əvvəl matçda oynamayacağını açıqlayıb.