AZ

Türkiyə və Polşa təhlükəsizlik sahəsində əməkdaşlıq memorandumu imzaladı

BAKI, 16 dekabr. TELEQRAF

Türkiyə və Polşa arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki sənəd informasiya mübadiləsini, birgə hərbi təlimləri, silahlı qüvvələrin qolları arasında koordinasiyanı, müdafiə sənayesinin inkişafını və silahlı qüvvələrin əməliyyat imkanlarının artırılmasını nəzərdə tutur.

Polşa müdafiə naziri Kosiniak-Kamış Türkiyənin Varşava üçün strateji əhəmiyyətini vurğulayıb və PIT-Radwar tərəfindən istehsal olunan passiv radarlar da daxil olmaqla Polşa hərbi texnikasının alınmasına ümid etdiyini bildirib. O, həmçinin Türkiyənin Avropa layihələrində və Avropa İttifaqına üzvlük danışıqlarının mümkün bərpasında dəstəyini vəd edib.

Səfər çərçivəsində Rumıniya və Türkiyənin iştirakı ilə regional təhlükəsizlik arxitekturası ilə bağlı əlavə görüşlər keçiriləcək, həmçinin 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO sammitinə hazırlıqlar nəzərdə tutulub. Kosiniak-Kamış Ukraynada ədalətli sülhün təşviqi üçün əməkdaşlığın vacib olduğunu qeyd edərək, Rusiyanın mövqeyinə görə danışıqlar prosesinin uzandığını bildirib.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr