AZ

“Milan” bu futbolçu ilə müqaviləni UZATDI

“Milan” rəsmi saytında belçikalı yarımmüdafiəçi Aleksis Saelemaekers ilə müqaviləni uzaddığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, oyunçunun İtaliya komandası ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.
 

Belçikalı futbolçu 2020-ci ilin yanvar ayından bəri, Belçikanın “Anderlext” klubundan müqavilə imzaladığı vaxtdan bəri təxminən altı ildir ki, “Milan”da çıxış edir. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 20 milyon avrodur.


Aleksis Saelemaekers “rossoneri”nin heyətində 159 oyunda iştirak edib, 12 qol vurub və 18 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
57
20
bizim.media

10Mənbələr