AZ

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2025-ci il

Seçilən
47
4
azerbaijan-news.az

10Mənbələr