AZ

Premyer Liqada 25 qol vuran müdafiəçidən MƏLUMAT

“Qarabağ”ın müdafiəçisi Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.

Bayramov Premyer Liqanın 15-ci turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/20 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

Seçilən
149
sportinfo.az

1Mənbələr