AZ

Forbes: Maskın sərvəti 600 milyard dolları keçdi

BAKI, 16 dekabr. TELEQRAF

Amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 600 milyard dolları aşan ilk insan olub.

Teleqraf xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşr Maskın sərvətindəki kəskin artımı onun "SpaceX" şirkətinin bazar dəyərinin yenidən qiymətləndirilməsi ilə əlaqələndirir. Tender təklifi elan edildikdən sonra şirkətin dəyəri avqustdakı 400 milyard dollardan 800 milyard dollara yüksəlib. "SpaceX" səhmlərinin təxminən 42%-nə sahib olan Maskın sərvəti bununla 168 milyard dollar artaraq 677 milyard dollara çatıb.

Qeyd edək ki, əvvəlki rekord da Maska məxsus idi. O, oktyabr ayında sərvəti 500 milyard dolları keçən ilk şəxs olmuşdu.

Seçilən
55
5
teleqraf.com

6Mənbələr