ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Çexiyanın Praqa şəhərindəki "Kralovske Vinohrady" universitet xəstəxanasının həkimləri görmə problemləri yaşayan insanlara ümid veriblər.
Milli.Az xəbər verir ki, yaşa bağlı görmə zəifliyi olan xəstələrin gözlərinə kiçik teleskop tipli implantlar yerləşdirilib.
Bu ixtira minlərlə insanın görmə qabiliyyətini bərpa edə bilər. İmplant bir gözə yerləşdirilir və qazla doldurulmuş kamera ilə birləşdirilmiş iki güclü linzadan ibarətdir, linzalar və kamera isə optik keyfiyyəti artırmaq və teleskopu qorumaq üçün nəzərdə tutulub.
Asya
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.