AZ

Kamala Harris yenidən ABŞ prezidentliyinə namizəd ola bilər

BAKI, 16 dekabr. TELEQRAF

ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harrisin 2028-ci il prezident seçkilərinə hazırlaşdığı ehtimal olunur.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" Demokrat Partiyasındakı mənbələrə istinadla yazır.

Məlumata görə, Harris 2024-cü il kampaniyasına həsr olunmuş “107 gün” adlı kitabının təqdimatı çərçivəsində səfərlərini genişləndirib. O, praymerizlərin (ABŞ-də partiyadaxili ilkin seçkilər) keçiriləcəyi Cənubi Karolina da daxil olmaqla, qaradərili seçicilərin çoxluq təşkil etdiyi şəhərlərdə çıxışlar planlaşdırır. "Axios" qeyd edir ki, bu seçici qrupu Demokrat Partiyası üçün həlledici əhəmiyyət daşıyır.

Harris son çıxışlarında həm respublikaçıları, həm də demokratları, eləcə də mövcud siyasi sistemi tənqid edib. Onun bəyanatlarından sonra bəzi tərəfdarları 2028-ci ildə namizədliyini irəli sürməsinə açıq dəstək ifadə ediblər. Siyasətçinin mətbuat katibi isə bildirib ki, Harris hazırda Konqresdə demokratların çoxluğunu bərpa etməyə fokuslanıb.

Qeyd edək ki, Kamala Harris 2024-cü il seçkilərində Demokrat Partiyasının namizədi olmuş, lakin Donald Trampa uduzmuşdu.

Seçilən
146
teleqraf.com

1Mənbələr