Müğənni Hanna evinin Yeni il dekorasiyasına 3 milyon rubldan (təxminən 68 min manat) çox pul xərcləyib.
Publika.az xəbər verir ki, bu barədə dizayner Svetlana Vlasova danışıb.
O bildirib ki, bu il Hanna evini təkcə Yeni il bəzəkləri ilə deyil, həm də yeddi Milad ağacı ilə bəzəyib.
Vlasova qeyd edib ki, müxtəlif ağac bəzəklərinə əlavə olaraq, ulduzun evi 1,5 milyon rubla qədər başa gələn küknar budaqları ilə bəzədilib.