AZ

“Barselona” Yulian Ruersonun transferində maraqlıdır

Bakı. Trend:

“Barselona” Almaniyanın “Borussiya Dortmund” klubunda çıxış edənYulian Ruersonu transfer etməyi nəzərdən keçirir.

Trend-inməlumatına görə, kataloniyalılar müdafiəçi Jül Kunde üçün dahasərfəli əvəzedici axtarışındadır və 28 yaşlı norveçli futbolçuklubun diqqət mərkəzinə düşüb.

Bildirilir ki, Ruersonun nümayəndələri ilə “Barselona” arasındaartıq ilkin danışıqlar aparılıb. Lakin hazırkı mərhələdə konkretrazılaşma əldə olunmayıb.

Yulian Ruersonun “Borussiya Dortmund”la müqaviləsi 2028-ci iləqədər qüvvədədir. Məlumatlara görə, futbolçu yay transferpəncərəsində klubunu dəyişməyə açıqdır.

Qeyd edək ki, Ruerson bu mövsüm Bundesliqada 13 oyunda iştirakedib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
66
az.trend.az

1Mənbələr