AZ

Qara dənizdə Türkiyənin hava məkanına yaxınlaşan PUA F-16-larla vuruldu...


Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ölkənin hava məkanına yaxınlaşan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb.

Qeyd edilir ki, sözügedən dronun nəzarətdən çıxdığı müəyyən olunub və PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurulub.

TAHİR

Seçilən
113
baki-xeber.com

1Mənbələr