AZ

Litvada 500 kiloqrama yaxın heroin partiyası məhv edilib

Bakı. Trend:

Litva tarixində müsadirə edilmiş ən böyük heroin partiyası –təxminən 500 kiloqram narkotik maddə məhv edilib.

Trend xəbər verirki, bu barədə “LRT” məlumat yayıb.

Məlumata görə, narkotikin qara bazardakı dəyəri təxminən 40milyon avro olaraq qiymətləndirilir.

Qaçaqmalçılıq yükü noyabr ayının sonlarında Avijeniai sərhədkeçid məntəqəsində MAN markalı yük avtomobilinin yoxlanışı zamanıaşkar edilərək müsadirə olunub. Gömrük orqanlarının bildirdiyinəgörə, heroin tranzit yüklə daşınıb və Qərbi Avropa ölkələrinəgöndərilməli idi. Ümumi çəkisi 498 kiloqram olan bu partiyatəxminən 8 milyon doza narkotik maddə istehsalına imkan verəbilərdi.

Heroinin utilizasiyası təhlükəli tullantıların yandırılması üzrəixtisaslaşmış “Toksika” şirkətində həyata keçirilib. Bildirilib ki,bu həcmdə narkotik maddənin yandırılması təxminən 1000 avroya başagəlir, lakin proses zamanı əldə olunan enerji şirkətin özehtiyacları üçün elektrik enerjisinə çevrilir. Bir neçə saat davamedən proses Litva gömrük əməkdaşlarından ibarət xüsusi komissiyanınnəzarəti altında aparılıb.

Seçilən
128
az.trend.az

1Mənbələr