Güclü külək nəticəsində Braziliyanın Rio Qrande-du-Sul ştatının Quaiba bələdiyyəsində yerləşən Azadlıq Heykəlinin surəti çöküb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Məlumata görə, Azadlıq Heykəlinə bənzər abidə şiddətli fırtına zamanı postamentindən qoparaq aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.