AZ

“Ukrayna Donbası Rusiya ərazisi kimi tanımayacaq” - Zelenski

“Ukrayna Donbasdan imtina etmək istəmir və onu Rusiya ərazisi kimi tanımayacaq”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz Donbasımızı əldən vermək istəmirik. Amerikalılar kompromis tapmaq istəyirlər və onlar orada azad iqtisadi zona yaratmağı təklif edirlər. Bir daha vurğulayıram - azad iqtisadi zona Rusiya Federasiyasının rəhbərliyi altında olmaq demək deyil. Bunlar mənim üçün istənilən Donbas formatının vacib xüsusiyyətləridir", - deyə prezident bildirib.

Zelenski bildirib ki, Ukrayna Donbasın müvəqqəti işğal olunmuş hissəsini Rusiya ərazisi kimi tanımayacaq.

Eyni zamanda, o, ərazi məsələsinin müzakirə olunduğunu da əlavə edib.

"Biz nə de-yure, nə də de-fakto Donbası müvəqqəti işğal altında olan hissə kimi tanımayacağıq. Amma buna baxmayaraq, ərazi məsələsini müzakirə edəcəyik. Bilirsiniz ki, bu, əsas məsələlərdən biridir, lakin hələ də bu məsələ ilə bağlı fikir birliyimiz yoxdur", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
107
missiya.az

1Mənbələr