ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İnsanlar var ki, bu həyatda hər şeyi hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin - onsuz da bu həyat mənasızdır, ölümdən də qorxmuram".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri müğənni Nura Suri yazıb.
"Ört-basdır etsəniz də, bəzi məsələləri hamı anlayır. Şəxsən mən bu gün baş verən hadisəyə də, verilən təkzibə də inanmadım. Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub - hətta sonradan təkzib versəm belə" - müğənni əlavə edib.
Xatırladaq ki, dünən bəstəkar Vüqar Əhmədin saxlanıldığı xəbəri yayılıb, daha sonra təkzib edilib. Buna səbəb kimi, bir qrup müğənninin Mədəniyyət Nazirliyi barədə narazılığı göstərilib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.