AZ

Azərbaycan investisiya üçün etibarlı və strateji məkandır - Hüseyn Büyükfırat

Bakı. Trend:

Azərbaycan investisiya üçün etibarlı və olduqca stratejiməkandır.

Trend xəbərverir ki,bunuTürkiyə-Azərbaycan İş Adamları və SənayeçiləriDərnəyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.

O qeyd edib ki, Azərbaycan son illər formalaşdırdığı stabiliqtisadi siyasət, şəffaf biznes mühiti və dövlət-özəl sektorəməkdaşlığı modeli ilə regionun ən cəlbedici investisiyaməkanlarından birinə çevrilib.

"Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar, investorhüquqlarının qorunması, vergi və gömrük sahəsində tətbiq olunangüzəştlər, eləcə də nəqliyyat-logistika imkanlarının genişlənməsixarici sərmayədarlar üçün etibarlı və uzunmüddətli perspektivləryaradır. Azərbaycan yalnız enerji sektoru ilə deyil, sənaye, aqrarsahə, logistika, rəqəmsal iqtisadiyyat və yaşıl enerjiistiqamətlərində də böyük potensiala malikdir”, - deyə TÜİB sədrivurğulayıb.

H. Büyükfırat xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrindəhəyata keçirilən bərpa və yenidənqurma proseslərinin investisiyabaxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

"Bu ərazilərdə yaradılan yeni sənaye zonaları, “ağıllı şəhər” və“ağıllı kənd” layihələri, müasir infrastruktur və logistika xətlərihəm yerli, həm də xarici investorlar üçün unikal imkanlar açır.Türk iş adamları Qarabağın dirçəlişini yalnız iqtisadi layihə kimideyil, eyni zamanda tarixi, mənəvi və strateji məsuliyyət kimidəyərləndirirlər. Qarabağın yenidən qurulması Azərbaycanın ümumiiqtisadi gücünü artırmaqla yanaşı, regionda dayanıqlı inkişaf vəəməkdaşlıq üçün yeni mərhələ yaradır. TÜİB olaraq Türkiyə vəAzərbaycan iş dünyası arasında investisiya əməkdaşlığının daha dadərinləşdirilməsi, birgə layihələrin təşviqi və xüsusilə azadedilmiş ərazilərdə türk investorlarının fəal iştirakının təminedilməsi əsas prioritetlərdən biridir”, - deyə Hüseyn Büyükfıratbildirib.

Seçilən
35
1
az.trend.az

2Mənbələr