AZ

Biləsuvarın bu kəndində iki saat işıq olmayacaq

Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bununla bağlı "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq:

"Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.
Seçilən
11
49
7news.az

10Mənbələr