AZ

“Qarabağ”ın Juninyo arzusu puç oldu

“Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavionun Meksikanın “Pumas” klubuna transferi reallaşıb.

Msport.az xəbər verir ki, “Flamenqo” ilə “Pumas” 29 yaşlı oyunçunun keçidində hərtərəfli razılığa gəliblər.

“Qarabağ” və “Bahia” kimi klubların da maraq dairəsində olan Juninyonun transferi “Flamenqo”ya 5 milyon avro qazandırıb. Hansı ki, braziliyalılar onu Azərbaycan çempionundan məhz bu məbləğə almışdı.

Lakin Juninyo Qətərdə təşkil olunacaq Qitələrarası Kubokda “Flamenqo”nun “23-lüy”ündə yer alacaq. Yalnız yarışdan sonra onun “Pumas”a keçid rəsmiləşəcək.

Qətərdə keçiriləcək 2025 FIFA Qitələrarası Kubokunun finalında Fransa nəhəngi PSJ ilə Braziliya təmsilçisi “Flamenqo” qarşılaşacaq. Pley-off mərhələsində Misir təmsilçisi “Pyramids”i 2:0 hesabı ilə məğlub edən “Flamenqo” finala yüksəlib.

Final görüşü dekabrın 17-də “Əl-Rayyan” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından bu ilin əvvəlinə kimi “Qarabağ”ın formasını geyinib.

Seçilən
47
msport.az

1Mənbələr