AZ

“Sevinin ki, oğlunuz “SVO” ya gedir” Kadırov əhalini “həvəsləndirir”, özü isə...

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Çağırışçıların valideynləri uşaqlarını Ukraynaya qarşı "müqəddəs müharibəyə" göndərdikləri üçün sevinməlidirlər. 

“AzPolitika” xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov canlı yayımda sualları cavablandırarkən deyib.

Ondan respublikadan aparılan çağırışçıların "xüsusi hərbi əməliyyatda" iştirak etməyə məcbur edilib-edilmədiyini soruşublar. "Bu, tamamilə cəfəngiyatdır", Kadırov rus dilində deyib və çeçen dilində əlavə edib: "Əslində, onlar (çağırışçıların valideynləri-red.) oğullarının “SVO”-ya çağırılmasına sevinməlidirlər, çünki vətəni müdafiə edə bilməkdən daha vacib bir şey yoxdur".

Canlı yayım zamanı Kadırov həmçinin sağlamlığının “əla” olduğunu deyib, lakin qocalığa qədər yaşamaq istəmədiyini və "hamı məni sevərkən bu dünyadan getməyi" üstün tutduğunu bildirib.

Bundan əlavə, Çeçenistan rəhbəri hakimiyyətdən "bezdiyini" və respublika rəhbərliyində yeni insanların "daha maraqlı olacağına" inandığını deyib. Bununla belə, Kadırov əlavə edib ki, 2026-cı ildə Çeçenistan başçısı seçkilərində iştirak etməyə hazırdır.

Kadırov sonuncu dəfə 2021-ci ilin sentyabrında səslərin 99,7%-ni(!) alaraq bu vəzifəyə “seçilib”. O, 2007-ci ildən bəri bu vəzifədədir və Rusiyada hamıdan çox region başçısı postunu daşıyır.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
azpolitika.info

1Mənbələr