Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti, xüsusilə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial inklüzivliyin təşviqi baxımından əhəmiyyətli bir il kimi yadda qalıb.
Onun sözlərinə görə, il ərzində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, ictimai həyatda fəallığının artırılması və onların üzləşdiyi problemlərin daha açıq şəkildə gündəmə gətirilməsi istiqamətində müsbət irəliləyişlər müşahidə olunub:
"Ümumilikdə, 2025-ci il dialoq, əməkdaşlıq və real sosial təsirə yönəlmiş təşəbbüslərlə xarakterizə edilib. 2025-ci il ərzində “Arabaçı Əlillər” İctimai Birliyi əlilliyi olan şəxslərin sosial adaptasiyası, hüquqi maarifləndirilməsi və cəmiyyətə inteqrasiyasına yönəlmiş bir sıra layihələr həyata keçirmişdir. Xüsusilə, “Cəmiyyətə inteqrasiya olunan əlilliyi olan şəxslərin sosial adaptasiyası” layihəsi çərçivəsində müxtəlif maarifləndirici və praktiki fəaliyyətlər icra edilmiş, layihə ölkənin müxtəlif regionlarını əhatə etmişdir".
Pərvanə Fərhadqızı